Poqba ABŞ klubunda

17:54 - 6 Fevral 2019

Türkiyənin "Gənclərbirliyi" klubundan ayrılan Florentin Poqbanın yeni klubu rəsmən bəlli olub.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını Amerikada davam etdirəcək. Qvineyalı müdafiəçi MLS təmsilçisi "Atlant"la müqavilə bağlayıb. Məlumatı klub saytı yayıb.

 

Florentinin əkiz qardaşı Matias Poqba Fransanın "Tur" klubunda oynayır. Ailənin kiçik övladı Pol Poqba isə qardaşlarından daha məşhurdur. Fransa millisinin üzvü olan yarımmüdafiəçi "Mançester Yunayted" klubunda çıxış edir.

 

Qeyd edək ki, "Selta"nın yetirməsi olan Florentin Poqba "Sedan", "Sent-Etyen", "Gənclərbirliyi" klublarının formasını geyinib.

Xəbər xətti