"Yuventus" futbolçusunu 19 milyona satdı

18:10 - 6 Fevral 2019

“Yuventus” yanvarda “Cenoa”ya icarəyə verdiyi Stefano Sturaronu qarşı tərəfə birdəfəlik satıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "Cenoa" 25 yaşlı yarımmüdafiəçinin transfer hüququna sahib olmaq üçün Turin təmsilçisinə 19 milyon avro ödəyib.

 

Qeyd edək ki, "Yuventus" italiyalı futbolçunu 2014-cü ildə 11 milyon avroya "Cenoa"dan almışdı.

Xəbər xətti