Ramil Şeydayev üçün 75 dəqiqə

00:19 - 7 Fevral 2019

Millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Rusiyanın “Krılya Sovetov” klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Samara təmsilçisi Serbiyanın “Partizan” klubu ilə üz-üzə gəlib. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

 

Ramil oyuna start heyətdə başlayıb və 75-ci dəqiqədə əvəzlənib.

Xəbər xətti