"Qarabağ" "Sumqayıt" üçün başladı: zədəlilərdən son xəbər FOTOLAR

00:43 - 7 Fevral 2019

"Qarabağ" bir günlük fasilənin ardından bu gün Azərbaycan Premyer Liqasının XVI turunda qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlıqlarına start verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, məşqin ilk hissəsində futbolçular isinmə hərəkətlərinin ardından toplu tapşırıqları yerinə yetirib. Hazırlığın ikinci hissəsində isə futbolçular ikitərəfli futbol oynayıblar.

 

Zədəli futbolçular: Miçel və Reynaldo Silva isə fitness zalında fərdi çalışmalarını davam etdirib.

 

Xəbər xətti