"Yuventus"dan Qətər klubuna keçən: "Uşaqlarıma görə "Mançester Yunayted"dən imtina etdim"

12:31 - 7 Fevral 2019

"Yuventus"dan Qətərin "Əl Duhayl" klubuna transfer olan Medhi Benatia "Mançester Yunayted"in təklifini rədd etdiyini açıqlayıb.

 

Sportal.az foxsportsasia.com-a istinadən xəbər verir ki, mərakeşli müdafiəçi övladlarına görə Premyer Liqa klubundan imtina etdiyini və Qətər klubunu seçdiyini bildirib: "Mançester Yunayted"i rədd etdim. Buna görə də jurnalistlərin tənqidinə məruz qaldım. Ancaq hər kəsin qərarıma hörmətlə yanaşmasını istəyirəm. Çünki ailəm mənim üçün daha önəmlidir. Uşaqlarımın müsəlman ölkəsində böyüməsini istəyirəm. BƏƏ və ya Səudiyyə Ərəbistanı klublarına da gedə bilərdim, ancaq Qətər variantını seçdim. Millinin baş məşqçisi bundan sonra məni yığmaya dəvət etməsə, bunu anlayışla qəbul edəcəm".

 

Qeyd edək ki, 31 yaşlı müdafiəçi qış transfer dönəmində "Yuventus"dan Qətərin "Əl Duhayl" klubuna 8 milyon avroya transfer olub.

Xəbər xətti