"Krasnodar"dan Braziliya klubuna keçdi

15:54 - 7 Fevral 2019

"Krasnodar"ın yarımmüdafiəçisi Kristain Kueva karyerasını Braziliyada davam etdirəcək.

 

Sportal.az "Globo Esporte"yə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu "Santos"a transfer olub. Bu keçid üçün "Santos" "Krasnodar"a 7 milyon dollar təzminat ödəyib. Hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. 

 

Qeyd edək ki, Peru millisinin üzvü ötən yay "San Paulu"dan "Krasnodar"a keçmişdi.

Xəbər xətti