Lider ikinci dövrəyə qələbə ilə başladı

17:10 - 7 Fevral 2019

Azərbaycan I Divizionunda 14-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, bu gün daha üç görüş baş tutub. 

 

Lider “Sumqayıt-2” evdə “Keşlə-2”ni 3:0 hesabı ilə məğlub edib. “Sabah-2” – “Neftçi-2” oyununda qonaqlar 1:0 hesabı ilə qalib gəlib. “Zirə-2” “Ağsu”ya 2:1 hesabı ilə qalib gəlib

 

Turun açılış matçında “Qarabağ-2” səfərdə “Turan Tovuz”a 2:1 hesabıyla qalib gəlmişdi. 14-cü tura sabah yekun vurulacaq.
 

“Sumqayıt-2” – “Keşlə-2” - 3:0
Qollar:
Baxşəli Baxşəliyev, 27, Fərid Kərimzadə, 45, İbrahim Əliyev, 90+3.


“Sabah-2” – “Neftçi-2” 0:1
Qol:
Elnur Süleymanov, 90+3.

 

“Zirə-2” – “Ağsu” 2:1
Qollar:
Qara Mehrəlizadə, 22, Əmrah Bayramov, 62 - Qalib Əmrahov, 13.

Xəbər xətti