Luçeksu: "Limitə görə milliyə oyunçu seçməkdə çətinlik çəkirik"

17:32 - 7 Fevral 2019

Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az digisport.ro-ya istinadən xəbər verir ki, rumın mütəxəssis Türkiyə Super Liqasında tətbiq edilən legioner limiti barədə danışıb. Təcrübəli çalışdırıcı limitə görə milliyə futbolçu seçməkdə çətinlik çəkdiklərini deyib:

 

"Antalyada bütün klubların baş məşqçiləri ilə görüşdüm. Türkiyədə yerli futbolçuların oynamasını əngəlləyən ən böyük problem çoxlu sayda legionerlərin oynamasına icazə verilməsidir. Bu limitə görə milliyə oyunçu seçməkdə çətinlik çəkirik. Limitdə dəyişiklik lazımdır. Türkiyəli futbolçular daha çox oynamalıdırlar".

 

Qeyd edək ki, Super Liqada komandalar mövsüm üçün 14 əcnəbi futbolçu sifariş edə bilərlər. Meydana çıxan 11 futbolçu üçün isə limit tətbiq edilmir.

Xəbər xətti