"Yuventus"un futbolçusu Çin klubundan imtina etdi

17:55 - 7 Fevral 2019

"Yuventus"un hücumçusu Mario Manjukiç karyerasını Çində davam etdirməkdən imtina edib. 

 

Sportal.az "Corriere di Torino"ya istinadən xəbər verir ki, Super Liqanın "Dalian Yifanq" klubu xorvat futbolçuya illik 10 milyon avro təklif edib. Xəbər qeyd edilib ki, 32 yaşlı futbolçu bu təklifi rədd edib və "Yuventus"da qalmağa üstünlük verib.

 

Qeyd edək ki, Manjukiç Turin klubu ilə 2020-ci ilə kimi müqaviləsi var. O, cari mövsüm 22 oyuna 9 qol vurub, 5 assist edib.

Xəbər xətti