Sabah futtenis üzrə Azərbaycan Super Liqasına start veriləcək

13:54 - 8 Fevral 2019

Futtenis üzrə Azərbaycan Super Liqası fevralın 9-da start götürəcək.

 

Azərbaycan Futnet Federasiyasının mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, çempionatda 4 qrup üzrə 12 komanda mübarizə aparacaq. Hər qrupdan ilk 2 yeri tutan kollektivlər 1/4 final mərhələsinə vəsiqə qazanacaq.

 

Artıq Super Liqanın püşkatma mərasimi də keçirilib. Püşkatmanın nəticələri aşağıdakı kimidir:

 

I qrup: "Gənclərbirliyi", "Meqa Hospital", "VİP"
II qrup: "Şuşa-Qarabağ", "Marafon", "Asta"
III qrup: "Yanq Boyz", "Həmkar", "Lion"
IV qrup: "Alov", "Atletiko", "Meqa"

 

Çempionat iki günü əhatə edəcək. Açılış mərasimi və qrup oyunları fevral ayının 9-da, 1/4 final, yarımfinal və final qarşılaşmaları isə bir gün sonra - ayın 10-da baş tutacaq. Ardından təltifetmə və bağlanış mərasimi keçiriləcək.

 

I, II, III və IV qrupun oyunları müvafiq olaraq saat 11:00, 12:00, 13:00 və 14:00-da start götürəcək.

 

Super Liqa Marafon İdman Kompleksində keçiriləcək. Giriş pulsuzdur.

Xəbər xətti