"Qəbələ"dən 5 cavabsız qol

15:49 - 8 Fevral 2019

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.

 

Bölgə klubunun təmsilçiləri AFFA-nın təşkil etdiyi liqalarda meydana çıxıblar.

 

Gənclər Liqasının lideri olan U-19 səfərdə “Sabah”la görüşüb. “Qırmızı-qaralar” 5 cavabsız qolla qələbə qazanıb. 16 matçda 42 xal toplayan komanda liderliyini möhkəmlədib.

 

U-16 səfərdə “Keşlə”nin qonağı olub. “Qəbələ” 4:2 hesablı qələbə qazanıb. 17 oyunda 43 xal toplayan “qırmızı-qaralar” yarışın lideridi.

 

“Qəbələ” U-15 Liqasında “Sumqayıt”ı qəbul edib. “Qırmızı-qaralar” böyük hesabla qalib gəlib - 6:1. 14 görüşdə 36 xal toplayan komanda liderliyə şərik olsa da, əlavə göstəricilərə görə 3-cüdü.

 

Paytaxt zonasında çıxış edən U-14 də “Binə” ilə qarşııaşıb. 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 14 matçdan sonra 32 xalla 2-cidir. Eyni zonada mübarizə aparan U-13 isə “Qarabağ”a uduzub – 1:3. 15 oyundan sonra hesabında 20 xal olan “Qəbələ” 8-ci sırada qərarlaşıb.

Xəbər xətti