Braziliyada dəhşətli hadisə: Bazada yanğın oldu, 10 nəfər öldü

15:54 - 8 Fevral 2019

Braziliyanın "Flamenqo" klubunun bazasında yanğın baş verib.

 

Sportal.az "Associated Press"ə istinadən xəbər verir ki, hadisə "Flamenoq"nun Rio-de-Janeyroda yerləşən gənc futbolçular üçün nəzərdə tutulmuş bazasında baş verib. Faciə nəticəsində 10 nəfər həlak olub, 2 şəxs isə yaralanıb. Yanğında gənc oyunçulardan da ölənlərin olduğu bildirilir. Lakin dəqiq say yoxdur.

 

Yanğının səbəbi açıqlanmayıb. Araşdırmalar aparılır.

 

Xəbər xətti