"Fənərbağça" "Kayserispor"a uduzdu VİDEO

00:09 - 9 Fevral 2019

Türkiyə Super Liqasında 21-ci tur start götürüb.

 

Sportal.az xəbər verir ki, "Kayserispor" evdə "Fənərbağça"ya 1:0 hesabı ilə qalib gəlib.

 

Super Liqada turnir cədvəlinə 44 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 36 xalla 2-cidir. "Beşiktaş", "Yeni Malatyaspor", "Trabzonspor" 33 xalla 3-5-ci yerləri bölüşürlər. "Kayserispor" 25 xalla 11-ci, "Fənərbağça" 23 xalla 13-cü yerdə qərarlaşıb.

 

"Kayserispor" - "Fənərbağça" - 1:0
Qol:
Artem Kravets, 87
Qırmızı vərəqə: Roberto Soldado, 45 ("Fənərbağça")

 

 

 

Xəbər xətti