Ferqyussondan illər sonra Maldini etirafı

14:36 - 9 Fevral 2019

"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ser Aleks Ferqyusson "Milan"ın əfsanəvi müdafiəçisi Paolo Maldini barədə açıqlama verib.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, şotlandiyalı mütəxəssis "qırmızı-qaralar"da kapitan olmuş italiyaıl futbolçunu "Mançester Yunayted"ə transfer etmək istədiklərini deyib:

 

"Maldinini almaq istəyirdik, ancaq çətin idi. Atasıyla tanış olanda sonra isə bu transferin mümkün olmayacağağını anladım. Atası mənə "Babam, atam və mən "Milan"lı olmuşuq. Oğlum da "Milan"lı qalacaq. Bu transferi unut getsin" söylədi. Onun  sözləri mənim üçün möhtəşəm dərs oldu".

 

Qeyd edək ki, Maldini futbolçu karyerasını yalnız "Milan"da keçirib. İtaliya millisinin sabiq üzvü komandada 24 mövsüm keçirib.

Xəbər xətti