"Qarabağ" - "Zirə" oyununun vaxtı dəyişdirildi

12:08 - 11 Fevral 2019

“Qarabağ-2” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, əsas heyətin 6 üzvünün 19 yaşadək millinin heyətdə təlim-məşq toplanışında olduğunu əsas gətirən Ağdam təmsilçisi “Zirə-2” ilə XV turda keçiriləcək matçın təxirə salınmasını xahiş edib. “Zirə” klubunun razılıq  və AFFA-dan daxil olan  təsdiq məktubunu nəzərə alan PFL aşağıdakı qərarı qəbul edib:

 

I Divizionun XV turunun 14 fevral 2019-cu il tarixində keçirilməli olan “Qarabağ-2” - “Zirə-2” matçı ehtiyat gün olan 4 mart 2019-cu il tarixinə keçirilsin.

Xəbər xətti