Millimizin üzvü fərdi çalışır

14:13 - 11 Fevral 2019

Millimizin üzvü Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Aleksandriya" klubu təlim-məşq toplanışının ikinci mərhələsi üçün Antalyaya yollanıb.

 

Sportal.az xəbər verir ki, zədədən əziyyət çəkən 31 yaşlı müdafiəçi fərqi məşq edir.

 

Komandanın baş məşqçisi Vladimir Şaran yerli mətbuata açıqlamasında Paşayev və digər komandadan ayrı çalışan futbolçuların tezliklə sıraya dönəcəyini bildirib.

 

Qeyd edək ki, Ukrayna Premyer Liqasında mövsümün ikinci yarısı fevralın 23-də start götürəcək.

Xəbər xətti