Şenol Günəş millidə nə vaxt işə başlayacaq?

18:59 - 11 Fevral 2019

Türkiyə millisi baş məşqçisi Mirça Luçesku ilə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, federasiya millini müvəqqəti olaraq Tayfur Havutçuya tapşırıb. 48 yaşlı mütəxəssis yığmanı AÇ-2020-nin seçmə mərhələsində Albaniya və Moldova milliləriylə görüşə çıxaracaq.

 

Federasiya ilə anlaşan Şenol Günəşin "Beşiktaş"la müqaviləsi mayın 31-də başa çatacaq. 66 yaşlı mütəxəssis iyunun 1-də Türkiyə millisində fəaliyyətə başlayacaq. Təcrübəli mütəxəssis yığmanı iyunun 8-də Fransa ilə görüşə çıxaracaq.

 

Şenol Günəş daha öncə 2000-2004-cü illərdə Türkiyə millisini çalışdırıb. O, "ay-ulduzlular"a 2002-ci ildə dünya çempionatının bürünc mükafatını qazandırmışdı.

Xəbər xətti