Ramil Şeydayevin oynamadığı matçda 7 qol

18:15 - 12 Fevral 2019

Rusiyanın “Krılya Sovetov” klubu Türkiyədəki təlim-məşq toplanışında növbəti yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi Samara təmsilçisi Latviya "Spartak"ı ilə qarşılaşıb və bu oyundan inamlı qələbə ilə ayrılıb – 5:2.

 

Ramil görüşün iştirakçısı olmayıb. Millimizin üzvünün bu gün "Kaysar"a (Qazaxıstan) qarşı keçiriləcək növbəti yoxlama matçında meydana çıxması gözlənilir.

Xəbər xətti