Mbappe: "Fransa futbolu Avropada daha da irəli getməlidir"

18:49 - 13 Fevral 2019

PSJ-nin gənc ulduzu Kilian Mbappe Çempionlar Liqaısnın 1/8 final mərhələsində "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı hücumçu cavab görüşünə yaxşı hazırlaşacaqlarını deyib:

 

"Sevinirik, ancaq çox da məmnun deyilik. Üçüncü qolu da vura bilərdik. Cavab matçında daha yaxşı hazırlaşacağıq əv mərhələ adlayan tərəf olacağıq".

 

1/8 finalda Fransanın digər təmsilçisi "Lion" "Barselona" ilə qarşılaşacaq. Mbappe bu oyunlarda "Lion"a dəstək olacaqlarını deyib:

 

"Gələn həftə "Barselona" qarşısına çıxacaq "Lion"u dəstəkləyəcəyik. Fransa futbolu Avropada daha da irəli getməlidir. Qorxmalı deyilik! Biz artıq yaxşı vəziyyətdəyik".

Xəbər xətti