Marselo: "Real" istəmirsə, getməyə hazıram"

18:29 - 13 Fevral 2019

"Real"ın braziliyalı futbolçusu Marselo haqqında çıxan transfer xəbərlərinə münasibət bildirib.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, yayda Madrid klubunu tərk edə biləcəyini istisna etməyib:

 

"Əgər satılacaq futbolçuların siyahısındayamsa, pulumu ödəyəcəkləri təqdirdə rahatlıqla gedərəm. Özümə və gördüyüm işə güvənirəm, ancaq "Real" istəmirsə, getməyə hazıram. Əlbəttə, bu, məni üzəcək. Amma istənmədiyim yerdə qala da bilmərəm".

 

Son zamanlar "Real"ın əsas heyətində yerini itirən cinah müdafiəçisinin "Yuventus"a keçidi gündəmdədi. Kriştiano Ronaldonun Turin klubunun rəhbərliyindən Marselonun transfer edilməsini istəyiri bildirilir.

Xəbər xətti