Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlandı

10:53 - 14 Fevral 2019

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, keçirilən 4 oyundan sonra ən yaxşı adına Nikola Zaniolo (“Roma”), Marko Veratti (PSJ), Tibo Kurtua (“Real”) və Yan Vertongen (“Tottenhem”) namizəd olub.

 

Azarkeşlər UEFA-nın saytında səs verərək, qalibi seçəcəklər.

Xəbər xətti