Nigeriya millisinin üzvü Çində klubunu dəyişdi

12:31 - 14 Fevral 2019

2017-ci ildə İngiltərə Premyer Liqa təmsilçisi "Uotford"dan Çinin "Çanqçan Yatay" klubuna 23 milyon avroya transfer olan nigeriyalı hücumçu Odian İqalo komandasını dəyişib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu Çində qalmağa qərar verib. O, Super Liqa təmsilçisi "Şanxay Şenhua" ilə müqavilə bağlayıb. Klubun saytı transferin detallarını açıqlamayıb.

 

Qeyd edək ki, Nigeriya millisinin üzvü "Çanqçan Yatay"da 55 oyuna 36 qol vurub.

Xəbər xətti