UEFA-dan Stuxlikə təyinat

14:14 - 14 Fevral 2019

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik beynəlxalq turnirə təyinat alıb.

 

Sportal.az xəbər verir ki, martın 20-dən 26-dək Xorvatiyada keçiriləcək 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 3-cü qrupunun oyunlarının hakim-inspektoru Stuxlik olacaq.

 

Qeyd edək ki, 3-cü qrupda Almaniya, Xorvatiya, Norveç və Macarıstan yığmaları mübarizə aparacaq.

Xəbər xətti