Zidan Sarrini əvəzləyəcək?

16:26 - 14 Fevral 2019

Uğursuz çıxışlardan sonra Mauritsio Sarrinin “Çelsi”dən göndəriləcəyi xəbərləri dolaşır. 

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Mançester Siti"yə 0:6 hesablı yenilgidən sonra “Çelsi” rəhbərliyi italiyalı mütəxəssisin əvəzinə axtarışa başlayıb. London təmsilçisi "Real"dan ayrıldıqdan sonra işsiz olan Zinəddin Zidanı komandanın baş məşqçi postuna gətirmək istəyir. Zidanın komandaya gələcəyi halda, Eden Hazard klubda qalacaq.

 

Qeyd edək ki, "Çelsi" Premyer Liqada 50 xalla 6-cıdır.

Xəbər xətti