"Mançester Yunayted" Mourinyoya sərvət ödəyib

00:38 - 15 Fevral 2019

Ötən ilin dekabrında Joze Mourinyonu istefaya yollayan “Mançester Yunayted”in portuqaliyalı çalışdırıcıya ödədiyi təzminatın məbləği müəyyənləşib.

 

Sportal.az "Daily Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 56 yaşlı mütəxəssisə 19,6 milyon funt-sterlinq (22 milyon avro) təzminat ödəyib.

 

Qeyd edək ki, Mourinyo 2016-cı ildə "Mançester Yunayted"in baş məşqçisi təyin edilmişdi. Onun müqaviləsi 2020-ci ilin yayında bitəcəkdi.

Xəbər xətti