Azərbaycanın UEFA reytinqində yeri dəyişmədi

13:26 - 15 Fevral 2019

Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın mövqeyi dəyişməyib. 19,000 xalı olan ölkəmiz 26-cıdır. 24-25-ci pillələri bölüşən Qazaxıstanla Polşanın aktivində 19,250 xal var. 27-ci yerdə qərarlaşan İsrailin xal hesbaı 18,625-dir.

 

Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.

Xəbər xətti