Moldova millisinin üzvü "Neftçi"də

14:06 - 15 Fevral 2019

"Neftçi" növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" "Şerif"dən Moldova millisinin üzvü Petru Rakunu rənglərinə bağlayıb. Klubun "facebook" səhifəsi 31 yaşlı müdafiəçinin keçidini açıqlayıb. Transferin detalları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Raku Tiraspol təmsilçisinə 2017-ci ildə "Milsami"dən keçmişdi. Təcrübəli müdafiəçi ötən ilin dekabrında "Şerif"dən ayrılmışdı.

Xəbər xətti