"Keşlə"nin qalmaqallı transferinin taleyinə aydınlıq gəldi

15:54 - 15 Fevral 2019

“Keşlə” qış fasiləsində heyətinə cəlb etdiyi Emin Mehtiyevi PFL-ə sifariş edə bilmədi. Qaydalara əsasən, futbolçu bir mövsüm ərzində iki klubun şərəfini qoruya bilər. Emin əvvəlcə I Divizionda “Qaradağ Lökbatan”da, daha sonra Türkiyə BAL liqasında çıxış edib. Bu səbəbdən də onun "Keşlə"də oynaması mümkünsüz idi.

 

Sportal.az xəbər verir ki, “Keşlə” Emini yalnız “Qaradağ Lökbatan”a və ya BAL liqası klubuna icarəyə verə bilərdi. Artıq futbolçu seçimini edib. Emin karyerasını "Qaradağ Lökbatan"da davam etdirəcək. O, I Divizion təmsilçisinin "Keşlə-2" ilə səfər matçında meydana çıxıb.

 

Qeyd edək ki, 26 yaşlı cinah futbolçusu "Neftçi", "Sumqayıt", "Səbail", "Zaqatala", "Sabah" kimi klublarda çıxış edib.

Xəbər xətti