Çempionlar Liqasında həftənin futbolçusu məlum oldu

16:04 - 15 Fevral 2019

Çempionlar Liqasında qrup 1/8 final mərhələsinin ilk dörd oyunundan sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, azarkeşlər arasında səsverməyə əsasən, "Tottenhem"in müdafiəçisi Yan Vertonqen ən yaxşı oyunçu seçilib.

 

Belçikalı futbolçu Dortmund "Borussiya"sı ilə qarşılaşmada (3:0) bir qol vurub.

Xəbər xətti