Sükutu pozan İkardi Mark Tvendən sitat gətirdi

16:26 - 15 Fevral 2019

"İnter"də kapitanlıq bazubəndi alınan Mauro İkardi sosial şəbəkə hesabında paylaşım edib.

 

Sportal.az xəbər verir ki, ötən gün Avropa Liqasında "Rapid"lə qarşılaşmanın iştirak ərizəsinə salınmayan argentinalı hücumçu sükutu pozub. İkardi "Instagram" hesabında məşhur amerikalı yazıçı Mark Tvendən sitat gətirib: "Susub axmaqlıq etmək, danışıb bütün şübhələri aradan qaldırmaqdan yaxşıdır".

 

25 yaşlı forvardın "İnter"lə 2021-ci ilə kimi müqaviləsi var.

 

Qeyd edək ki, 2013-cü ildə "Sampdoriya"dan transfer edilən futbolçu 210 oyuna 122 qol vurub.

Xəbər xətti