"Keşlə" "Sumqayıt"a qalib gəldi, "Neftçi" xal itirdi YENİLƏNİB

19:25 - 16 Fevral 2019

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, turun açılış oyununda "Sumqayıt" "Keşlə"nin qonağı olub və 1:2 hesabı ilə uduzub.

 

Digər qarşılaşmada "Zirə" lider "Neftçi"ni qəbul edəcək. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.

 

Qeyd edək  ki, tura sabah yekun vurulacaq. 

 

Topaz Premyer Liqa, 17-ci tur

16 fevral (şənbə)

 

“Keşlə” – “Sumqayıt” - 2:1
Qollar:
Amil Yunanov, 28, Nikola Mitroviç, 90+3 (pen.) - Əfran İsmayılov, 73
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”, 15:00

 

“Zirə” – “Neftçi” - 0:0
Hakimlər:
Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Zirə İdman Kompleksinin stadionu, 17:30

Xəbər xətti