"Sumqayıt"dan yeni transfer

19:16 - 16 Fevral 2019

"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Elvin Bədəlovla müqavilə imzalayıb. 23 yaşlı müdafiəçi komandada 34 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Bədəlov mövsümün ilk yarısını "Sabah"da keçirib.

Xəbər xətti