"Qarabağ" "Qəbələ"ni, "Səbail" "Sabah"ı məğlub etdi YENİLƏNİB

19:23 - 17 Fevral 2019

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulacaq.


Sportal.az xəbər verir ki, günün ilk oyununda "Səbail" "Sabah"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

 

Tura mərkəzi oyunla yekun vurulub. "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Qəbələ"ni qəbul edib və 2:1 hesbalı qələbə qazanıb. Ağdam klubu lider "Neftçi"nin büdrəməsindən yararlanaraq "ağ-qaralar"la xal fərqini minimuma endirməyə nail olub.

 

Azərbaycan Premyer Liqası, 17-ci tur

17 fevral (bazar)
 

“Səbail” – “Sabah” - 1:0
Qol:
Ağabala Ramazanov, 65
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Əli Cəbrayılov, Kamal Umudlu 
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Bayıl Arena”, 15:00

 

“Qarabağ” – “Qəbələ” - 2:1
Qollar:
Riçard Almeyda, 4 (pen.), Filip Ozobiç, 30 - Cavid Hüseynov, 29 (pen.)
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Tofiq Bəhramov adına Respublika stadionu,  17:30

Xəbər xətti