Ruslan Tağızadənin yeni klubu bəlli oldu

16:54 - 17 Fevral 2019

"Neftçi" və "Qəbələ"nin sabiq futbolçusu Ruslan Tağızadənin yeni klubu müəyyələşib.
 

Sportal.az xəbər verir ki, 25 yaşlı sağ cinah müdafiəçisi Region Liqasına üz tutub. U-17, U-19 və U-21 millimizin sabiq üzvü həvəskarlar liqasında çıxış edən "Füzuli" komandası ilə müqavilə bağlayıb.

 

Qeyd edək ki, Tağızadə "Neftçi" və "Qəbələ" ilə yanaşı, "Abşeron", "Sumqayıt", "Rəvan", AZAL, "Səbail", "Zaqatala" və "Turan Tovuz"da da çıxış edib.

 

Xəbər xətti