Dadaşova şans verilmədi

12:59 - 18 Fevral 2019

Portuqaliya Sequndasında 22-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin üzvü Renat Dadaşovun formasını geyindiyi “Eştoril” səfərdə “Mafra” ilə 1:1 hesablı heç-heçə edib.

 

Dadaşovun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

 

“Eştoril” çempionatda 37 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti