Millimizin üzvü Latviya klubunda

14:40 - 18 Fevral 2019

“Sumqayıt”ın futbolçusu Tural Bayramlı karyerasını Latviyada davam etdirəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü olan yarımmüdafiəçi adıçəkilən ölkənin yüksək liqa təmsilçisi “BFC Daugavpils” klubunda forma geyinəcək.

 

Transferin şərtləri barədə açıqlama verilməyib.

 

Xəbər xətti