Pedro Enrike ilk oyununda qol vurdu, göz yaşlarını saxlaya bilmədi VİDEO

13:40 - 19 Fevral 2019

Yunanıstan Super Liqasında 21-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, lider PAOK səfərdə "Apollon Smirinis"in qonağı olub və 5:1 hesabı ilə qalib gəlib.

 

Qış fasiləsində "Astana"dan ayrılaraq, müqavilə ilə məxsus olduğu PAOK-a qayıdan "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike ilk oyununa çıxıb. 82-ci dəqiqədə meydana daxil olan braziliyalı vinger 88-ci dəqiqədə matçda son qolun müəllifi olub. Qoldan sonra Enrike göz yaşlarını saxlaya bilməyib.

 

Bu nəticədən sonra xallarını 57-yə yüksəldən PAOK liderliyini möhkəmləndirib. 48 xalı olan "Olimpiakos" 2-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Pedro Enrike 2017/18 mövsümünü "Qarabağ"da keçirib. 28 yaşlı futbolçu cari mövsümün ilk yarısını Qazaxıstanın "Astana" klubunda oynayıb. Pedro 1,5 ildən sonra PAOK-a qayıdıb. Onun Saloniki təmsilçisi ilə 1,5 illik müqaviləsi qalıb.

 

Xəbər xətti