FIFA yeni qaydalara "əl" atır

18:18 - 19 Fevral 2019

FIFA futbola yeni qayda gətirməyə hazırlaşır.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, qurum əllə oyun zamanı qayda pozuntularının verilib-verilməyəcəyi halları müəyyənləşdirib.

 

FIFA yeni qaydalarla "niyyət" sözünü ləğv etmək istəyir. Bunun əvəzinə "təbii hərəkət" olacaq. Yeni qaydaya görə, əl hansı istiqamətdə olsa, buna uyğun qərar veriləcək. Saat modelinə uyğun olaraq, qayda pozuntuları tətbiq ediləcək. Əgər 3-9 arasında əllə oyun varsa və "təbii hərəkət" yoxdursa, bu, qayda pozuntusu kimi qiymətləndiriləcək. 

 

Əgər 8-9 və 3-4 arası əllə oyun olsa, bu vəziyyətdə hakimlər son qərar verəcəklər. 4-8-dən aşağı hallarda isə əllə oyun kimi qeydə alınmayacaq.

 

Neue Handspiel-Regel der FIFA

Xəbər xətti