Emil Balayevdən qurtarışlar, "Tobol" "Rubin"ə qalib gəldi VİDEO

15:33 - 20 Fevral 2019

Millimizin üzvü Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Tobol" klubu Türkiyənin Antalya şəhərində növbəti yoxlama görüşünü keçirib.

 

Sportal.az xəbər verir ki, Rusiyanın "Rubin" klubu ilə qarşılaşan "Tobol" 1:0 hesablı qələbə qazanıb.

 

Emil Balayev 90 dəqiqə meydanda olub. O, bir neçə epizodda qapısına gələn zərbələri zərərsizləşdirib.

 

Xəbər xətti