Millimizin rəqibi Trinidad və Tobaqo ilə qarşılaşacaq

12:24 - 20 Fevral 2019

AÇ-2020-nin seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Uels yığması martın 20-də yoxlama görüşü keçirəcək. 

 

Sportal.az xəbər verir ki, britaniyalılar Trinidad və Tobaqo milli komandası ilə qarşılaşacaq. Qarşılaşma Uelsin Reksem şəhərində baş tutacaq.

 

Qeyd edək ki, Uels qrupda ilk oyununu martın 24-də evdə Slovakiyaya qarşı keçirəcək.

Xəbər xətti