Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşdi

00:00 - 21 Fevral 2019

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, bu gün yalnız bir qarşılaşma baş tutub. "Sevilya" səfərdə 1:0 hesabı ilə qalib gəldiyi "Latsio"nu qəbul edib və qələbə qazanıb - 2:0. Bu nəticə İspaniya təmsilçisini 1/8 finala yüksəldib.

 

Qeyd edək ki, 1/16 final mərhələsinin digər cavab oyunları fevralın 21-də keçiriləcək.

 

Avropa Liqası, 1/16 final mərhələsinin cavab oyunu

20 fevral

 

"Sevilya" (İspaniya) - "Latsio" (İtaliya) - 2:0
Qollar:
Vissam Ben Yedder, 20, Pablo Sarabia, 78
Qırmızı vərəqələr: Franko Vaskes, 60 ("Sevilya"), Adam Maruşiç, 71 ("Latsio")
İlk oyun: 1:0

 

 

Xəbər xətti