Ayaz Quliyev 86 dəqiqə oynadı

13:52 - 20 Fevral 2019

Rusiyanın “Spartak” klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva təmsilçisi Rusiyanın I Liqasında mübarizə aparan “Orenburq”la üz-üzə gəlib. Matçda qalib müəyyənləşməyib – 1:1.

 

Ayaz da görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Quliyev 86-cı dəqiqədə əvəzlənib.

Xəbər xətti