Yurgen Klopp: "Bu hesab pis nəticə deyil"

14:14 - 20 Fevral 2019

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində evdə Münhen "Bayern"i ilə 0:0 hesablı heç-heçə edən "Liverpul"un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

 

Sportal.az xəbər verir ki, alman mütəxəssis hesabı pis nəticə hesab etmədiyini qeyd edib:

 

"Bayern" fiziki cəhətdən güclü komandadır. Bu oyunda son ötürmələri dəqiq verməməkdə problem yaşadıq. Cərimə meydançasının ətrafında çox olduq. Ümumiyyətlə, gərgin mübarizə getdi. Hər iki tərəfin müdafiə xətti əla çıxış etdi. Kapitanımız Cordan Henderson mükəmməl oynadı. 0:0 hesabı pis nəticə deyil. Əlbəttə, arzulanan hesabı da əldə etmədik. Onlar üçün cavab görüşünü daha sıxıntılı hala gətirə bilərdik, ancaq fürsətləri qola çevirə bilmədik".

 

Qeyd edək ki, "Bayern" - "Liverpul" oyunu martın 13-də baş tutacaq.

Xəbər xətti