"Qarabağ"a qol vuran futbolçu Ukraynada klubunu dəyişdi

16:18 - 20 Fevral 2019

Milli komandamızın üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” heyətinə yeni futbolçu qatıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “Aleksandriya” Donetsk "Şaxtyor"undan Vladislav Kulaçı mövsümün sonuna kimi icarəyə götürüb.

 

Qeyd edək ki, 25 yaşlı hücumçu bu mövsüm Avropa Liqasının qrup mərhələsində Ukraynın "Vorskla" klubunun heyətində səfərdə "Qarabağ"ın qapısına qol vururaq, Poltava klubuna 1:0 hesablı qələbə qazandırmışdı.

Xəbər xətti