"Qarabağ" "Sabah"la oyuna itkiylə hazırlaşır

02:32 - 21 Fevral 2019

"Qarabağ" Azərbaycan Premyer Liqasının XVIII turunda qarşılaşacağı "Sabah"la oyunun hazırlıqlarına start verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bir günlük fasilənin ardından öz bazasında bir araya gəlib. Axşam saatlarında keçirilən hazırlıqda futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.

 

Zədəli futbolçu Miçel məşqdə iştirak etməyib.

 

Qeyd edək ki, "Sabah" -  "Qarabağ" görüşü fevrlın 23-ü saat  16:30-da başlayacaq.

Xəbər xətti