“Sumqayıt” – “Zirə”: 15-ci duel

12:19 - 21 Fevral 2019

Həftəsonu Azərbaycan Premyer Liqasında XVIII turun oyunları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, “Zirə” səfərdə “Sumqayıt”la qarşılaşacaq. Bu, komandaların cari mövsümdə 3-cü görüşü olacaq. Ümumilikdə isə iki komanda Premyer Liqada 14 dəfə üz-üzə gəlib. 15-ci duelə üstünlüklə yollanan “Zirə” 7 dəfə qələbə qazanıb. 3 dəfə heç-heçə qeydə alınıbsa, "qartallar" 4 dəfə uduzub. 18 qol vuran "Zirə" 12 top buraxıb. Bu oyunlarda “Zirə”nin ən yaxşı bombardirləri Aleksandr Dedovla Vüsal İsgəndərlidir. Onlar hərəyə 3 dəfə fərqləniblər.


Paytaxt təmsilçisi səfər oyunlarında 2 qələbə qazanıb, eyni sayda heç-heçə edib və 3 dəfə məğlub olub. Top fərqində isə bərabərlik hökm sürür – 6:6.

Xəbər xətti