"Mançester Siti"yə Çində qardaş klub

18:02 - 21 Fevral 2019

İngiltərənin "Mançester Siti" klubunun rəhbərliyi Çində klub alıb.

 

Sportal.az xəbər verir ki, City Football Group (CFG) adıçəkilən ölkənin "Sişuan Jiuniu" klubunun səhmlərinə sahib olub. Bu barədə CFG məlumat yayıb. Klub Çinin III Liqasında mübarizə aparır.

 

Qeyd edək ki, City Football Group ABŞ-ın "Nyu-York Siti", Avstraliyanın "Melburn Siti", Yaponiyanın "Yokohama Marinos", Uruqvayın "Torke", İspaniyanın "Jirona" klublarını da satın alıb.

 

Xəbər xətti