Riad Rəfiyev: "Növbəti iclasda şəxsən mən mütləq bunu qeyd edəcəm" MÜSAHİBƏ

12:12 - 22 Fevral 2019

AFFA Klublar Komirəsinin yeni sədri Riad Rəfiyev komitənin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportal.az xəbər verir ki, Rəfiyev öncə iclasdakı müzakirələrdən danışıb:
 
- İclasa AFFA Hakimlər Komitəsinin sədrdi Frits Ştuxlik dəvət olunmuşdu. Əsas mövzu hakimlikdə olan administrativ məsələlərlə bağlı idi. Son vaxtlar klublarımız belə şeylərə görə cərimələniblər. Daha çox bu barədə danışdıq. Ümumi hakimlik barədə müzakirələrimiz oldu ki, nəyi dəyişsək, daha yaxşı olar. 
 
- Son zamanlar çox xırda məsələlərə görə cərimələr olur. Məsələn, topdaşıyan uşaqların topla artıq hərəkət etməsinə görə “Neftçi” cəzalandırılmışdı.
- Bəli. Əsas müzakirə mövzularımız arasında bunlar var idi.
 
- Administrativ məsələləri kənara qoysaq, “Keşlə”yə məğlub olduğunuz matçda hakimlərlə bağlı narazılığınız var idi. Bu məsələlərə toxunuldumu?
- Mənim şəxsi fikrimcə, biz o matçı hakimlərə görə yox, öz səhvlərimizə görə uduzmuşuq. Yenə də təkrar edirəm, bugünkü iclasda hakim qərarlarını yox, administrativ məsələləri müzakirəyə çıxarmışıq.

- Ştuxlik narazılıqlara necə reaksiya göstərdi?
- O da bəzi məsələlərdə bizimlə razılaşdı. Qərara gəldik ki, klublar adından bütün açıq sualları, hansı dəyişikliklərin lazım olduğunu hazırlayıb Ştuxlikə göndərək.
 
- Sədr seçildiz...
- Sədr səsvermə nəticəsində seçilir. Bu dəfə mən seçildim. Qərara gəldik ki, növbəti iclasımız martın 12-də olacaq.
 
- Əvvəllər Klublar Komitəsi hər ay toplaşırdı. Sədrliyiniz dövründə bunju bərpa edəcəksiz?
- Çalışacağıq ki, imkan daxilində tez-tez görüşək. Artıq qeyd etdiyim kimi, növbəti iclas martın 12-də olavaq. Açıq məsələlər çoxdu. Onları müzakirə etmək lazımdı. Mövsümün ən gərgin vaxtıdı. Bütün klubların başı oyunlara qarışıb. Ancaq tez-tez görüşməyə çalışacağıq.

- Sizə hansı klublar səs verdi?
- Səsvermə qapalı şəkildə oldu.

- Klublar Komitəsinin fəaliyyətini canlandırmaq üçün nələr etməyi planlaşdırırsız?
- Əlimizdən gələni edəcəyik ki, daha fəal olaq. Məsələlər çoxdu, onları danışıb, həll etmək lazımdı.

- Klubların yayımçı telekanal “CBC Sport”dan ödəniş almamasını əsas problem hesab edirsiz?
- Növbəti iclasa bu məsələlər danışılacaq. Bu gün yalnız hakimlik məsələlərini müzakirə etdik. Növbəti iclaslarda digər məsələlərlə bağlı daha ətraflı danışacağıq.

- 22 ildi fəaliyyət göstərən “Futbol+” qəzeti ilin ikinci rübündən etibarən dövlət dəstəyindən məhrum olacaq. Ola bilərmi ki, Klublar Komitəsi bu məsələ ilə bağlı müzakirə aparsın?
- Çox gözəl fikirdi. Növbəti iclasda şəxsən mən mütləq bunu qeyd edəcəm. İmkan daxilində kömək etməyə çalışacağıq.

Xəbər xətti