Təxirə salınmış oyunun vaxtı açıqlandı

13:35 - 22 Fevral 2019

Birinci divizionun 15-ci turundan təxirə salınmış "Qarabağ-2" – "Zirə-2" oyununun başlama saatı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, martın 4-də keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.

 

Qeyd edək ki, əsas heyətin 6 üzvünün 19 yaşadək milli ilə təlim-məşq toplanışında olduğunu əsas gətirən "Qarabağ" klubunun PFL-ə müraciətindən sonra qurum matçın martın 4-də keçirilməsinə qərar vermişdi.4

 

4 mart (bazar ertəsi)

 

15:00. "Qarabağ-2" – "Zirə-2"

"Azersun Arena"

Xəbər xətti