FIFA-dan "Çelsi"yə şok transfer cəzası

13:46 - 22 Fevral 2019

FIFA İngiltərə Premyer Liqa təmsilçisi "Çelsi" klubunu cəzalandırıb.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, London klubu 18 yaşdan aşağı futbolçuların transferlərində qanunsuzluğa yol verdiyi üçün transfer cəzasına məruz qalıb. Ali futbol qurumu "Çelsi"yə növbəti iki transfer dönəmində futbolçu transfer etmək qadağası qoyub.

Bundan əlavə, "mavilər" 970 min avro cərimə də edilib.

Xəbər xətti